
Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,890 milyard manat təşkil edib.
Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 96,9 milyon manat və ya 5,4%, ötən ilin eyni dövrünə nisbətən isə 409,6 milyon manat 27,7% artıb.
Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 1,794 miyard manat, ötən ilin dekabrın 1-nə isə 1,481 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53.2% (15,805 milyard manat), istehlak kreditlәri 31.4% (9,319 milyard manat) vә ipoteka kreditlәri 15.4% (4,562 milyard manat) təşkil edib.