
“Ümid edirəm ki, tezliklə Ermənistandan Azərbaycana mallar ixrac olunacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qazaxıstandan, daha sonra Rusiyadan buğda idxalına qoyulan qadağa aradan qaldırılıb. O, Azərbaycan Prezidentinin qərarını müxtəlif məkanlarda dəfələrlə alqışladığını xatırladıb.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistandan əks istiqamətdə (Gürcüstan və Azərbaycandan tranzitlə – red.) qatar hərəkətinə də heç bir məhdudiyyət qoyulmayıb:
“Bəs niyə Ermənistandan qatarlar işləmir? Çünki hərəkətlərimizin məntiqi tək bir yük maşını çərçivəsində işləyir, qatarı yükləmək və müəyyən bir istiqamətə göndərmək müəyyən bir mürəkkəblikdir – müvafiq miqdarda malları bir yerdə cəmləşdirmək lazımdır”.