Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda dəm qazından zəhərlənən 23 qadın xəstəxanadan buraxılıb - YENİLƏNİB

12.12.2025 23:19

 


Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Report”ay açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.

O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.

18:50

Naxçıvanda qazdan kütləvi zəhərlənmə olub.

Primeinfo.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

Belə ki, yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş: