Xəbər axtarın

Son axtarış nəticələri:

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

20.01.2026 12:00


Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

Primeinfo.az-ın xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra xarici ölkələrdə şəhidlərin xatirəsi yad edilir, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Paylaş: