Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda güclü külək 6 ağacı aşırdı

14.01.2026 13:47


Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “Qaynar xətt”inə doqquz müraciət daxil olub.

Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

Paylaş: