Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda küçədə tapılan uşaq valideynlərinə təhvil verilib - VİDEO 

30.01.2026 16:40

Bakıda küçədə tapılan azyaşlı valideynlərinə təhvil verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, E.Hacıyev bu gün küçədə tapılan bir uşağın valideynlərinin axtarıldığı barədə məlumat yaymışdı.

Paylaşımda qeyd edilirdi ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıb:

“Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur”.

Videoda qeyd edilirdi ki, azyaşlının valideynlərinin adı Təbriz və Gülüdür. O, 21 saylı məktəbdə ikinci sinifində təhsil alır.

Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb və uşaq ailəsinə təhvil verilib.

 

Paylaş: