
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollarlıq maddi yardım göstərəcəyinə dair xəbərləri əsassızdır”.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır:
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik”.
Bazı basın yayın organlarında ve sosyal medya mecralarında yer alan; ”Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan’ın Ermenistan’da ölen askerlerin ailelerine ve toplumun yardıma muhtaç kesimlerine 10 milyon dolar maddi yardım yapılacağını” içeren bir kararname imzaladığına… pic.twitter.com/nTUX1k6QxW
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) January 27, 2026