Xəbər axtarın

Son axtarış nəticələri:

Maduro və xanımı Nyu-York federal məhkəməsinə aparılıb - VİDEO

05.01.2026 17:14

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birlikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.

Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Manhetten məhkəməsində bu gün ona qarşı irəli sürülən ittihamların tam siyahısı oxunacaq.

Narkotik ticarəti, odlu silah saxlama və s. ağır cinayətlərdə ittiham olunan Nikolas Maduro Bakı vaxtı ilə saat 21:00-da Nyu-Yorkda məhkəmə önünə çıxarılacaq. Gözlənilir ki, bu gün ona rəsmi ittihamlar irəli sürüləcək və Maduroya dörd ömürlük həbs cəzası verilə bilər.

Xatırladaq ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

 

Paylaş: