Xəbər axtarın

Son axtarış nəticələri:

Məzahir Pənahov MSK-dan gedir? - Özü AÇIQLADI

20.01.2026 14:12

“Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır”.

Primeinfo.az xəbər berir ki, bunu “Unikal”a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

“Məcəllədə yazılıb: 5 ildən bir olmalıdır”, – deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir.

Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir.

MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.

Paylaş: