Xəbər axtarın

Son axtarış nəticələri:

Milli Məclisdə uşaq hüquqlarına dair müzakirələr keçiriləcək

16.01.2026 11:42

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mövcud vəziyyətlə bağlı müzakirələr keçiriləcək.

Primeinfo.az-ın xəbərinə görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb.

Yaz sessiyası dövründə gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müzakirələrin keçirilməsi də planlaşdırılır.

Paylaş: