Xəbər axtarın

Son axtarış nəticələri:

Sabunçu rayonunda moped oğurlayanlar saxlanılıb

27.01.2026 12:19

Sabunçu rayonunda oğurluq hadisəsi olub.

Primeinfo.az xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: