Xəbər axtarın

Son axtarış nəticələri:

Şamaxı–Qonaqkənd yolunda sürüşmə oldu, asfalt çökdü

14.01.2026 19:53

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

Primeinfo.az xəbər verir ki, avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dərəyə doğru sürüşərək dağılıb. Bu səbəbdən yolun müəyyən sahələrində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yolun təxminən 30-40 metr hissəsi uçqun vəziyyətindədir.

Paylaş: