
Qardaş Azərbaycanda yaşanan və tarixə Qara Yanvar kimi düşən hadisələrdə həyatını itirən şəhidlərimizi rəhmət və sayğı ilə anırıq.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında bildirilir:
“Azərbaycan Türkü qardaşlarımızın yaşadığı acını ürəyimizdə hiss edir, tarix boyunca olduğu kimi, bu gün də – yaxşı gündə və çətin zamanda, “Tək millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə durmağa davam edəcəyimizi bir daha daha vurğulayırıq. Unutmadıq, unutdurmayacağıq”.