Xəbər axtarın

Son axtarış nəticələri:

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" -  VİDEO

12.02.2026 11:49

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliklə bağlı vətəndaşlara müraciət edib.

ADY-dən Primeinfo.az-a verilən məlumata görə, 30 ildən artıq dəmir yollarında çalışan maşinist Xoşbəxt Hüseynov işinin məsuliyyətindən və qarşılaşdığı risklərdən danışıb.

O, hərəkət zamanı insanların qəfil relslərə çıxmasının ciddi risklər yaratdığını bildirib.

Qeyd edib ki, bu cür hallar qatar heyəti və sərnişinlər arasında qorxu, stres və həyəcan doğurur, bəzən isə təcili tormozlamaya səbəb olur.

“Təhlükəsizlik qaydalarının pozulması həm də insanlar və qatarlara ciddi ziyan dəyməsi ilə nəticələnir. Təhlükəsiz səfərlərin təmin olunması üçün hər kəs müəyyən olunmuş qaydalara əməl etməlidir”.

Paylaş: