Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri müzakirələr ediblər - FOTO

24.02.2026 17:55

24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Paylaş: