
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Türk Dövlətləri Təşkilatından bildirilib. İclasda TDT-nin Baş katibinin iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, iclas 2-3 aprel tarixlərində keçiriləcək.