Xəbər axtarın

Son axtarış nəticələri:

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı, DTX-yə ÇAĞIRILDI

24.02.2026 18:40

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.

O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.

Paylaş: