
“Ermənistanın ölkə ərazisində yerləşdirilmiş 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı planları yoxdur”.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda erməni tərəfinin bazanın yığışdırılması xahişi ilə Rusiyaya müraciət edib-etmədiyi barədə suala cavab verərkən deyib.
“Bizim Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının [Gümrüdə dislokasiya olunan] mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız, eləcə də narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var – iqtisadi əlaqələr, siyasi əlaqələr qurulub”, – deyə erməni baş nazir bildirib.
O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir.
“Biz bu gün Rusiya ilə yeni münasibətlər formalaşdırırıq. Biz qətiyyətliyik və Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək istərdik, lakin fakt ondan ibarətdir ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”, – deyə Paşinyan söyləyib.