Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, MN-in rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.
“Anadolu Ankası – 2026” beynəlxalq təliminə start verilib – FOTO
Müdafiə Nazirliyi ötən həftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.
Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-həmlə əməliyyatı həyata keçirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Primeinfo.az xəbər verir ki, mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib.
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Primeinfo.az xəbər verir ki, icmal nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanmış video formatında təqdim edilib. https://youtu.be/sFWHFRW3x-c