Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: "Bu gün biz bu irsi nəinki yad etməliyik, həm də dərk etməliyik" - FOTO

16.04.2026 17:08

“Milliyyətçiliyi bölücü deyil, birləşdirici qüvvə kimi düşünməyimizi təmin edən Ziya Gökalp, ortaq dil, mədəniyyət və tarix ətrafında formalaşan bir millət ideyasını bizə miras qoyub”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal Kocaeli Universitetində 2026-cı il “Ziya Gökalpın Anım İli” çərçivəsində keçirilən tədbirdə bildirib.

O, Ziya Gökalpin dil və tarix anlayışının əhəmiyyətinə diqqət çəkib:

“Bir xalq kimi gücümüz tariximizdən, əcdadlarımızdan bizə miras qalmış köklü ənənəni daşıyan bu irsdədir. Çünki biz Avrasiyanın nəhəng coğrafiyasında iz qoymuş, dəfələrlə varlığını bərpa etmiş bir xalqın davamçılarıyıq. Bu gün biz bu irsi nəinki yad etməliyik, həm də dərk etməliyik; dilimizin və mədəniyyətimizin dərinliyini yenidən dərk etməliyik. Bu mənalı tədbirin həyata keçirilməsinə verdiyi töhfələrə görə Kocaeli Universitetinə və TÜRKSOY-a təşəkkür edirəm”.

Qeyd edək ki, Kocaeli Universiteti ilə  TÜRKSOY-unə əməkdaşlığı çərçivəsində baş tutan tədbir Türk düşüncə həyatının simvol şəxsiyyəti Ziya Gökalpın anadan olmasının 150 illiyinə həsr olunub.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: