MN: “Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək”
MN: “Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək”
MN: “Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək”
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Primeinfo.az xəbər verir ki, icmal nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanmış video formatında təqdim edilib. https://youtu.be/gXU3LxEFpts
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, aşsağlığında deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Müdafiə nazirinin təsdiq etdiyi illik tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər veririr ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 16-19 mart tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda bildirilib.
Bu gecə Bakı səmasında dron səsləri eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Dron səsləri Buzovna, Balaxanı, Binə, Əhmədli, Suraxanı və digər bir neçə qəsəbədə aydın eşidilib.
Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC – 49 – Evaluator Training Course) keçirilib.
10-13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə təqdim etdiyi son hesabatda İrandakı hərbi əməliyyatların ilk həftəsinin maliyyə xərcləri və texniki itkiləri barədə yekun rəqəmlər yer alıb. Primeinfo.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusu İrandakı əməliyyatın cəmi bir həftəsi ərzində 6 milyard dollardan çox vəsait xərcləyib. Nəşr yazır ki, bu məbləğin 4 milyard dolları sırf İranın raket hücumlarını dəf etmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemlərinin sursatlarına sərf edilib.
Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.