Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: şahin mustafayev

Şahin Mustafayev: “Ağbənd körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək” - FOTO

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd avtomobil və dəmir yolunda aparılan tikinti işləri ilə tanış olublar. Primeinfo.az xəbər verir ki, qonaqlar Ağbənd qəsəbəsində Araz çayı üzərində tikilmiş avtomobil körpüsünə baş çəkiblər. Qeyd olunub ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir.

Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işləri 2028-ci ildə başa çatdırılacaq

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb. Primeinfo.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib. O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Şahin Mustafayev: "Azərbaycan-Rusiya münasibətləri inkişaf edəcək"

Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik ruhunda inkişaf edəcək. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib. “Biz əminik ki, münasibətlərimiz 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etimad və müttəfiqlik ruhunda bundan sonra da inkişaf edəcək”, – o qeyd edib.

Şahin Mustafayev: "Azərbaycanın əsas su anbarlarında su ehtiyatları 60% artıb"

Bu il yanvarın 1-nə Azərbaycanın əsas su anbarlarında su ehtiyatlarının həcmi 16,4 milyard kubmetr təşkil edib. Primeinfo.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Baş nazirin müavini Şahin Mustafayev deyib. O bildirib ki, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir: “Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir.

Şahin Mustafayev Aleksandr Novak ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

“İran tərəfi işləri yubadır” - Baş nazirin müavini

Azərbaycan tərəfi Astaraçay yeni avtomobil körpüsünün tikintisini başa çatdırsa da, İran tərəfindən işlər yubadılır. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib. Şahin Mustafayev bildirib ki, Azərbaycan tərəfi körpü tikintisini başa çatdırıb, həm də müvəqqəti sərhəd keçid məntəqəsinin fəaliyyətini təmin edib: “İran tərəfindən bu işlər bir az yubanır.

Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri görüşüb

Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.