Xəbər axtarın

Son axtarış nəticələri:

"Teleradio"ya yeni rəhbər təyin edildi - FOTO

16.04.2026 12:13

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.

Paylaş: