Xəbər axtarın

Son axtarış nəticələri:

Məktəblərə autist hücum

16.04.2026 13:12

Urfa və Maraş məktəblərində baş verənlər dəhşətlidir. Allah həlak olanların ailələrinə səbr versin. Bakıda – İdrak liseyindəki olay qədər təsirləndik.

Qatilin hərəkətlərinə baxdım, düzünü doktorlar bilər, sanki autizmlidir. Adını təhsilə yeni yanaşma, “fərqli uşaq” qoyub əqli qüsurluları sağlam uşaqlarla eyni məktəbə qəbul edirlər. Fiziki imkanları məhdud olanları anladıq, bu ağlında problem olanlar niyə normal məktəblərdə oxumalıdırlar? Axı, onlar anormaldırlar…

Autizmli uşaqlarla işləyənlər bildirirlər ki, kiçik yaşda qapalı olsalar da yeniyetməlik dövründə onlar çox aqressivləşirlər. Valideynlərinə ağır xəsarət yetirəcək həddə. Fiziki gücləri yaşıdlarından yüksək olur və onları ram etmək çətinləşir. Kiçik bir hərəkətə fiziki gücün maksimumunda cavab verirlər. “Yeni təhsil” yanaşmaları isə deyir ki, normal uşaqlarla təmasları çoxalsa, düzələ bilərlər, üstəlik valideynlərinin travması azalar. Birdən düzəlmədilər? Birdən fizioloji proses autizmin xeyrinə irəlilədi? Sağlam uşaqlar onların hər an baş qaldıra biləcək dəliliklərinin qurbanı olmalıdırlar?

Bəs, belə uşaqlarla eyni sinifdəki uşaqların təhlükəsizliyi, valideynlərinin və özlərinin psixoloji sağlamlığı? Yeni təhsil yanaşması niyə çoxluğun azlığa qurban verilməsi üzərində qurulur?

Bir də qüsurlu övladı olan ailə bir az imkanlı ola… Bizim kimi rüşvətlə çirklənmiş toplumlarda o uşağa 5 dəqiqəyə “sağlamdır” kağızı almağa nə var? Yuxarıdan bir zəng, heç gizlədilməyə ehtiyac duyulmadan əlbəəl verilən rüşvət dəlini ağıllı “edər”… Ağıllıları dəliyə döndərdiyi kimi… Bakı məktəbləri doludur belə uşaqlarla. Valideynləri tərəfindən ələ alınaraq susdurulan direktorların qorxusundan müəllimlər bu fərqli uşaqların əlində girinc qalıblar – digər şagirdlərin valideynləri şikayət edir, məktəb şikayətləri qulaqardına vurur, arada müəllim qalır. Belə ortamda gəl dərsin keyfiyyətindən danış…

Başı qarışsın deyə valideyn evdə, müəllim məktəbdə əlinə telefon verir… Orada da nə qədər desən aqressiv oyunlar.

Allah heç kimi övladla sınamasın. Amma bir reallıq varsa, ona doğru yanaşma vacibdir. 21-ci yüzilin bəlasıdır autizm. Qavrama, münasibət qurma, reaksiya vermə özəlliklərilə fərqli olan bu uşaqlar fərqli də məktəblərə getməlidirlər. Məktəb proqramını qavramaqda çətinlik çəkirlərsə, ortam və özləri üçün saysız problem yaradırlarsa, təyinatlı müəssisələrə getməli deyillərmi?

Sağlamlarımızı qüsurlulara qurban etməməliyik.

Paylaş: