Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə məktəblərə silahlı hücumla bağlı terror versiyası: 83 nəfər SAXLANILDI

16.04.2026 11:10

Türkiyədə məktəblərə silahlı hücumla bağlı terror versiyası: 83 nəfər SAXLANILDI

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.

Primeinfo.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabı bloklanıb, 93 “Telegram” qrupu bağlanıb.

Türkiyənin prokurorluq orqanları Kahramanmaraş vilayətindəki liseydə baş verən hücumla bağlı aparılan istintaq zamanı terror aktı versiyasını istisna edib.

İlkin məlumatlara əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl 9 nəfəri öldürən səkkizinci sinif şagirdi İsa Aras Mersinlinin cinayətkar təşkilatlarla əlaqəsinin olmadığı qənaətinə gəliblər.

Araşdırmalar, həmçinin Mersinlinin 2014-cü ildə Kaliforniyanın İsla Vista şəhərində altı nəfəri güllələyən amerikalı Elliot Rodgerin şəklini “WhatsApp” profilində paylaşdığını ortaya çıxarıb.

Bu arada, Kahramanmaraş məhkəməsi oğlanın atası, keçmiş polis məmuru Uğur Mersinlinin həbsinə qərar verib.

Eyni zamanda, Türkiyənin digər bir vilayətində – Zonquldakda bir lisey şagirdinin bir gün əvvəl “WhatsApp” qrupunda məktəbə hücum etməklə hədələyən mesaj göndərdiyinə görə həbs olunduğu bildirilib. Şagird əvvəllər sinifdə fişəng atdığına görə məktəbdən qovulmuşdu.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, səkkizi şagirddir. Hücum zamanı həlak olan müəllim Ayla Kara şagirdləri silahlı şəxsdən müdafiə edən zaman həlak olub.

 

Türkiyədə məktəblərə silahlı hücumla bağlı terror versiyası: 83 nəfər SAXLANILDI

Paylaş: