Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıdan yola düşən rəmzi qatar Kürdəmirə çatdı - FOTO - VİDEO

17.04.2026 11:39

Bakıdan yola düşən rəmzi qatar Kürdəmirə çatdı - FOTO - VİDEO
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb.

Primeinfo.az xəbər verir ki, bu səhər ADY QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Qatar Kürdəmirə 2 saat 11 dəqiqəyə çatıb.

Aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı aprelin 17-dən başlayır.

 

Paylaş: