
Körfəz ölkələrinin Hörmüz boğazından istifadəsi və ticarət sərbəst olmalıdır.
Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.
“Beynəlxalq sistemin çarəsizliyi, əl-qolumuzun bağlı qalması necə qiymətləndirilə bilər? İsrailin təxribatı ilə İrana qarşı başlayan mənasız müharibədə Pakistanın vasitəçiliyi ilə təklif edilən 15 günlük atəşkəslə məmnunuq. Nə qədər dərin olursa-olsun, müzakirələrin yerini qarşıdurma və müharibə almamalıdır. Sülhə gedən ən qısa yol konstruktiv dialoqdur. İsrailin müzakirə prosesini pozmaq cəhdlərinə qarşı diqqətli olmaq lazımdır. Hörmüz boğazında vəziyyətə gəlincə, boğazın bir tərəfi İran, bir tərəfi isə Omandır. Körfəz ölkələrinin boğazdan çıxışı və ticarət sərbəst olmalıdır. Enerji resurslarının çatdırılması üçün alternativ marşrutlara diqqətin artdığını görürük. “İnkişaf Yolu” layihəsi təşəbbüsümüzlə bu prosesdə iştirak etməyə hazırıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.