Xəbər axtarın

Son axtarış nəticələri:

"Türk Dövlətləri Təşkilatını gücləndiririk" - Ərdoğan

17.04.2026 17:18

"Türk Dövlətləri Təşkilatını gücləndiririk" - Ərdoğan

Avrasiyada sülh və sabitliyin təminatçısı kimi gördüyümüz Türk Dövlətləri Təşkilatını hər keçən gün daha da gücləndiririk.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.

“Bu il ölkəmizdə Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Həmçinin ilin son rübündə Azərbaycandan sədrliyi təhvil alacağıq. Sədrliyimiz dövründə, təşkilatımızın beynəlxalq təsir gücünü və görünürlüğünü daha da artıracağıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Paylaş: