Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini deyib.
Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb – FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çinin Boao şəhərinə işgüzar səfərə gəlib. Primeinofo.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib. Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir.
Ərəb dünyası Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi bildirib. Görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib.
Spiker Sahibə Qafarova Fəzail Ağamalının vəfatı ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında bildirilib. “Milli Məclisin deputatı olmuş, Ana Vətən partiyasının keçmiş sədri Fəzail Ağamalının vəfatı ilə bağlı qızı, həmkarımız Günay Ağamalıya və onun digər yaxınlarına başsağlığ veririk.
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığına rəsmi səfərə gedib. Primeinfo.az əbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.