Braziliyanın Belem şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edir. Primeinfo.az xəbər verir ki, Braziliyanın xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini salamlayıb. Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gedib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Braziliyaya səfər edəcək. Primeinfo.az-a bu barədə etibarlı mənbədən məlumat əldə edib. O, bu ölkədə keçiriləcək COP30-da iştirak edəcək.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərinin oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında yüksək səviyyədə təmsil olunmasına və Saqr Qobaşın məzmunlu çıxışına görə təşəkkür edib.
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb. Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyətindən bəhs olunub, konstitusiyanın dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində, cəmiyyətin inkişafında, siyasi sabitliyin təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynadığı vurğulanıb. Söhbət zamanı qeyd olunub ki, Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilir.
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib.