
Bu ilin yanvar-fevral aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 36 470 turist gəlib.
Primeinfo.az-ın “Report”a istinadən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.
İki ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib – 10 959 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,3 % çoxdur.
Bundan əlavə, İsraildən – 8 683 (2,1 dəfə çox), Küveytdən – 4 732 (-20,3 %), BƏƏ-dən – 4 705 (-51,7 %), Omandan – 2 409 (-34,8 %), Misirdən – 1 399 (+ 6,4 %), Bəhreyndən – 806 (+4,1 %), İordaniyadan – 819 (-0,6 %), İraqdan – 779 (+86,4 %), Yəməndən – 421 (-22,5 %), Qətərdən – 400 (-6,5 %), Livandan – 144 (-33,6 %), Fələstindən – 131 (- 13,8 %) və Suriyadan 83 nəfər (-5,7 %) turist gəlib.
Hesabat dövründə Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.