Xəbər axtarın

Son axtarış nəticələri:

Sahibə Qafarova İstanbulda Simonyanla görüşəcək

14.04.2026 13:19


Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini deyib.

Onun sözlərinə görə, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır:

“Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.

Paylaş: