Xəbər axtarın

Son axtarış nəticələri:

"İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik" - Vens

14.04.2026 12:12

ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasının mümkün olduğunu hesab edir.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən həqiqətən hesab edirəm ki, məqsədlərimizə çatdığımız bir mərhələdəyik. Artıq gərginliyin azaldılmasına başlaya bilərik”, – deyə o qeyd edib.

Vitse-prezident əlavə edib ki, prosesin danışıqlar yolu ilə yekunlaşmasını daha məqsədəuyğun hesab edir: “Bu prosesi uğurlu danışıqlarla başa vurmağa üstünlük verərdim”.

Paylaş: