Xəbər axtarın

Son axtarış nəticələri:

Simonyan və Sahibə Qafarova münasibətlərdən məmnunluqlarını bildiriblər - FOTO

17.04.2026 14:39

Simonyan və Sahibə Qafarova münasibətlərdən məmnunluqlarını bildiriblər - FOTO

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “X” hesabında bildirib.

O, Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində son irəliləyişləri, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi səylərinin məmnuniyyətlə qeyd edildiyini diqqətə çatdırıb.

“Parlamentlərarası İttifaqının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma rolunu vurğuladıq və Baş katib Martin Chungongun dialoqun təşviqində göstərdiyi səyləri yüksək qiymətləndirdik. Həmçinin 2025-ci ilin oktyabrında Cenevrə şəhərində keçirilən görüşümüzdən sonra parlament nümayəndə heyətləri arasında yenilənmiş əlaqələri alqışladıq və bu əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldik. Konstruktiv parlament dialoqu cəmiyyətlərimiz arasında etimadın qurulmasında əsas amil olaraq qalır”, – Simonyan qeyd edib.

Paylaş: