
Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır.
Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün diplomatiyanın ürəyi Antalyada döyünür:
“Bu gün dünyada cərəyan edən proseslər Antalyada müzakirə olunur. Hər gün dünyada böhranlar görürük və bu da qlobal proseslərə təsir göstərir”.
Nazir əlavə edib ki, regiondakı son proseslər bunun bariz nümunəsidir:
“Əldə ediləb atəşkəs və sülh davamlı olmalıdır”.
H.Fidan həmçinin bəyan edib ki, diplomatiyanı yenidən işlək hala gətirmək lazımdır:
“Bunun sayəsində ortaq gələcəyi inkişaf etdirmək mümkündür. Rəcəb Tayyib Ərdoğan bu xüsusda beynəlxalq qərarsızlıqla bağlı dəfələrlər narahatlığını bildirib. Hazırda isə görürük ki, bəzi ölkələr isə bu kimi problemlər yalnız qapılarına çatanda həmin narahatlığı ifadə edirlər”.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət sülh istiqamətində vacib çağırışlarla qarşı-qarşıyadır.