
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna PUA-larının hücumları qarşısında Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.
Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, Şoyqu mediaya açıqlamasında bu barədə deyib.
“Son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.
Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar.
Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir”, – deyə Şoyqu vurğulayıb.