
Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətini nəzərdə tutan 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, bu istiqamətdə həm yeni qatarların alınması, həm də mövcud stansiyaların və dəmir yolu infrastrukturunun təmir-bərpası planlaşdırılır.
Primeinfo.az xəbər verir ki, bu barədə Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində media nümayəndələrinə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
ADY rəsmisi əlavə edib ki, artıq layihələndirmə işlərinə başlanılıb, eyni zamanda qatarların alınması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı nəzərdə tutur”, – deyə A.Fərəcov qeyd edib.