Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti 116 dollara yaxınlaşıb

17.04.2026 10:00

Azərbaycan nefti 116 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,54 ABŞ dolları və ya 2,25 % artaraq 115,55 ABŞ dolları təşkil edib.

Bu barədə Primeinfo.az birja məlumatlarına istinadən bildirir.

Məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 116,27 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,9 ABŞ dolları və ya 2,66 % artaraq 111,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 

Paylaş: