Xəbər axtarın

Son axtarış nəticələri:

MN azad edilən ərazilərdə tikilən təlim mərkəzi və hərbi hissədə olub - FOTO

17.04.2026 13:15

MN azad edilən ərazilərdə tikilən təlim mərkəzi və hərbi hissədə olub - FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, MN-in rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.

Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş: