Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisi ilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumatları açıqlayıb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycan ərazisi ilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton mal daşınıb. “Azərbaycan ərazisi ilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, həmçinin Azərbaycandan 9 337 ton yanacaq idxal olunub”, – məlumatda qeyd olunub.
Cənubi Qafqaz bölgəsi transformasiya dövrünə daxil olur. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasındakı dialoqda irəliləyiş hətta uzunmüddətli münaqişənin siyasi iradə və beynəlxalq qanuna hörmət əsasında həllinin mümkünlüyünü nümayiş etdirir.
Ermənistanın Tavuş vilayətində yerləşən Kirants kəndi ətrafında Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya prosesinin nəticələri artıq açıq şəkildə görünməyə başlayıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Bağanis–Berkaber istiqamətində sərhədin bəzi hissələrində nişanlama işləri hələ 2024-cü ildə həyata keçirilsə də, dəqiq koordinatların olmaması səbəbindən bu dəyişiklikləri xəritədə tam göstərmək mümkün olmamışdı.
Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımları məmnunluqla qarşılayırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, bu sahədə atılan addımlar Türk dünyasının rifahına müsbət təsir göstərəcək.
Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmadan sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni bir fəsil açılıb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Cenevrədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. O qeyd edib ki, mövcud şərait Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsində, qarşılıqlı etimadın dərinləşdirilməsində və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqələr, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır.
Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinə bir daha qayıdıb, iki ölkə liderləri – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında 8 avqustda Ağ Evdə keçirilən görüşü xatırladıb. Primeinfo.az xəbər verir ki, Donald Tramp ABŞ-ın Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib. O, onilliklər ərzində davam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakı danışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyini vurğulayıb.
Ermənistan və Azərbaycan hələlik sülh sazişinin imzalanma yeri və tarixi barədə qərar verməyiblər, lakin Yerevan bu gün məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib. “İmza üçün dəqiq tarix və ya yer yoxdur.
Daim bilməliyik ki, Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün bir işdir. Primeinfo.az xəbər verirki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 27 oktyabrda Milli Məclisdə “2026-cı il Dövlət Büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir.