Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb - FOTO - VİDEO

19.12.2025 10:58

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb - FOTO - VİDEO

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

Primeinfo.az xəbər verir ki, dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

 

Paylaş: