Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncədə kanalizasiya xətti partlayıb, 3 nəfər xəsarət alıb - FOTO - VİDEO

02.02.2026 18:39

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

Primeinfo.az məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib.

Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş: