
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” rəsmi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, tərəflər regional və beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
XİN başçıları həmçinin sıx əlaqə və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
Deputy Prime Minister/Foreign Minister Senator Mohammad Ishaq Dar @MIshaqDar50 held a telephone conversation with Foreign Minister of Türkiye Hakan Fidan @HakanFidan.
The two leaders exchanged views on regional and international developments, discussed matters of mutual… pic.twitter.com/1Y2RhxqLa0
— Ministry of Foreign Affairs – Pakistan (@ForeignOfficePk) February 11, 2026