Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub

11.02.2026 22:30

İsrail Qəzza zolağının müharibədən sonra idarə olunması üçün yaradılmış Sülh Şurasına rəsmi şəkildə qoşulub.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu Sülh Şurasına qoşulma sənədini Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.

İmzalanma Baş nazirin ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.

Paylaş: