Xəbər axtarın

Son axtarış nəticələri:

Kamran Əliyev iki rayona prokuror təyin etdi

02.02.2026 15:00

Baş Prokuror əmrlər imzalayıb.

Baş Prokurorluqdan Primeinfo.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorun digər əmrilə Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.

Paylaş: