Xəbər axtarın

Son axtarış nəticələri:

Nardaranda ər-arvad dəm qazından zəhərlənib: Ölən var

12.02.2026 12:27

Bakıda ailə üzvlərinin dəm qazından zəhərlənməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata əsasən, Nardaran qəsəbəsində yaşayan 1962-ci il təvəllüdlü Rəşad Əliyev və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Nəticədə R.Əliyev hadisə yerində dünyasını dəyişib, arvadı isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla əlaqədar müvafiq araşdırmalar davam etdirilir.

Paylaş: