Xəbər axtarın

Son axtarış nəticələri:

Nikol Paşinyan Polşaya gedib

25.02.2026 13:42

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.

Səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri media nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Baş nazir Prezident Karol Navrotski və Senatın sədri Malgorzata Kidava Blonska ilə də görüşəcək.

Nikol Paşinyan həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək və orada Polşa beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək.

Paylaş: