
İran Prezidenti Məsud Pezeşkianın Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşü olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşün gündəliyinə müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla, Ermənistan-İran əməkdaşlığının inkişaf etdirilməsi daxil olub.
Tərəflər ikitərəfli münasibətləri gücləndirmək niyyətlərini bir daha təsdiqləyib və Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıblar.