Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” dünya reytinqində 71-ci yerdədir

25.02.2026 13:08


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, açıqlanan siyahıya əsasən Azərbaycan klubları arasında ən yüksək nəticəni “Qarabağ” göstərib.

Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədə qərarlaşıb.

Digər təmsilçilərimizin mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1753 xalla “Real Madrid” başçılıq edir.

Paylaş: