
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Prineinfo.az-ın məlumatına görə, “Sent-Ceyms Park” stadionunda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.
Qarşı tərəfdən qolları Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar.
Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) fərqləniblər.
İlk matçda da rəqibinə uduzan (1:6) “Qarabağ” klubu Çempionlar Liqası ilə vidalaşıb.















